Ölkə futbolu

“Məqsədim Albaniyada oynamaq deyil” – Redon Cica

“Yanvar ayında da bu cür xəbərlər çıxmışdı və mən təkzib etmişdim. Yenə deyirəm ki, yayılan məlumatlar həqiqəti əks etdirmir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın albaniyalı futbolçusu Redon Cica karyerasını ölkəsində davam etdirəcəyi ilə bağlı çıxan iddialar barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Tirana”da oynayanda meydana çıxıb özümü sübut etmək istəyirdim. İndi isə məqsədim Albaniyada oynamaq deyil”.

Redon Cica 2023-cü ilin yanvar ayından “Qarabağ”da çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43