21 Sentyabr 2024
Ölkə futbolu

Mərdəkanda gərginlik: Söz atışması qovulmalarına səbəb oldu

Hazırda “Dalğa Arena”da davam edən “Zirə” – “Neftçi” matçında gərgin anlar yaşanır.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmanın 44-cü dəqiqəsində görüşün baş hakimi Rauf Cabbarov hər iki klubun baş məşqçilərini meydandan qovmaq məcburiyyətində qalıb. Belə ki, sözügedən məşqçilər arasında bir epizodda söz atışması oldu. Bir-birilənin ünvanına təhqir dolu ifadələr səsləndirən baş məşqçilər  Cabbarov tərəfindən tribunaya göndərildi.

Qeyd edək ki, ilk hssədən sonra hesab 1:1-di.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43