Kateqoriyasız

“Məsələyə real yanaşıram ki, sonra həvəsdən düşməyək” – “Dudelanj”ın baş məşqçisi

“Komandada yüksək əhval-ruhiyyə var, hansısa təzyiq hiss etmirik. Çünki avrokuboklarda bizdən nəsə tələb edən yoxdu”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Düdelanj”ın baş məşqçisi Bertran Krasson deyib.

Emilio Ferreranın istefasından sonra bu posta müvəqqəti gətirilən belçikalı mütəxəssis “Qarabağ”a qalib gəlmək istədiklərini bildirib:

“Qarabağ”a qalib gəlmək gücündə olduqlarını düşünür: “Sürətli irəliləmək istəmirik. Addım-addım hərəkət edirik. Bəli, qrup ikinciliyi əla olardı. Amma məsələyə real yanaşıram ki, sonra həvəsdən düşməyək. “Qarabağ”la oyunda qələbə qazana bilərik. Çünki öz meydanımızda çıxış edirik. Ancaq nəzərə alaq ki, daha sonra “Sevilya”ya qarşı iki oyunumuz olacaq”.

Qeyd edək ki, bu gün “Jozi Bartel” stadionunda keçiriləcək “Düdelanj” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43