Kateqoriyasız

Məşhur futbolçu virusa yoluxduğu üçün Bakıya gətirilmədi

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq Slovakiya millisi Bakıya ciddi itki ilə gəlib.

İdmanxeber.az-ın məlumatına görə, “Fənərbağça”nın sabiq üzvü, hazırda isə Praqa “Slaviya”sının şərəfini qoruyan Mrisolav Stox virusa yoluxduğu üçün son anda heyətdən çıxarılıb. Baş məşqçisi Paval Hapal digər oyunçuların da virusa yoluxmaması üçün bu addımı atdıqlarını bildirib.

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Slovakiya oyunu saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43