Kateqoriyasız

Məşhur klub Emil Balayevi transfer etmək istəyir

Millimizin qapıçısı  Emil Balayev yeni mövsümdən karyerasını Yunanıstanda davam etdirə bilər.

İdmanxeber.az Newspao.gr saytına istinadən xəbər verir ki, 25 yaşlı qapıçı “Panatinaikos”un transfer siyahısındadı. Afina klubu bir neçə qolkiperlə maraqlanır ki, onların arasında Emil də var.

Xəbərdə “Panatinaikos”un yayda azad agent statusuna malik olan və maaşı 200 min avronu aşmayan qapıçı almağa çalışacağı qeyd edilib.

Emil Balayevin “Zirə” ilə müqaviləsi mövsümün sonunda başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43