20 Sentyabr 2024
İdman

Məşqçilər Şurası milliyə namizəd olan basketbolçulara baxış təşkil edəcək

Azərbaycan Basketbol Federasiyasının (ABF) Məşqçilər Şurası yeniyetmə oğlanlar arasından millilərə namizəd olan basketbolçulara baxış təşkil edəcəklər.

İdmanxeber.az xəbər verir ki, bu barədə ABF-nin mətbuat xidməti məlumat yayıb.

U-12, U-14 və U-16 yaş kateqoriyaları üzrə keçiriləcək seçimlərdə tələblərə cavab verən yeniyetmə basketbolçular milli komandaların düşərgəsinə cəlb olunacaqlar.

Qeyd edək ki, sentyabrın 5-6-da Azərbaycan Texniki Universitetinin idman zalında baş tutacaq toplanış baxış xarakteri daşıyacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43