Kateqoriyasız

“Köməkçimi “Qarabağ”ın oyununa göndərmişdim” – “Ferentsvaroş”un baş məşqçisi

“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi – “Ferentsvaroş”un baş məşqçisi Stanislav Çerçesov “Slovan” üzərində qələbəni dəyərləndirib.

İdmanxeber.az-ın məlumatına görə, o, “Qarabağ”la bağlı verilən sualı belə cavablandırıb:

“Məşqçilərimizdən birini “Sürix” – “Qarabağ” oyununa göndərmişdim. O, bizə rəqibi yaxşı təhlil etməyə kömək edəcək. İndi biz ÇL-in növbəti oyunu haqda deyil, daxili çempionatın ilk turu haqda düşünürük. İlk oyunumuzda qələbə qazanmaq istəyirik”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43