Kateqoriyasız

Məsut Özilin finalla bağlı paylaşımı: “Azərbaycanlı qardaşlarım…”

Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalına sayılı günlər qaldı.

İdmanxeber.az-ın məlumatına görə, artıq həm “Arsenal”, həm də “Çelsi”nin ulduz futbolçuları öz şəxsi sosial şəbəkələrində bu barədə paylaşımlar edirlər. “Arsenal”ın türkəsilli futbolçusu Məsut Özil “facebook”da azərbaycanlı futbolsevərlərə səslənərək Bakıdakı görüşü səbirsizliklə gözlədiyini bildirib:

“Azərbaycanlı qardaşlarım! Biz bunu etdik- finaldayıq! Bakıda görüşənədək”.

Xatırladaq ki, Avropa Liqasının “Çelsi” – “Arsenal” final oyunu mayın 29-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43