Dünya futbolu

“Mançester Yunayted”də problemlər böyüyür

“Yunayted”in bitməyən problemləri

İdmanxeber.az-ın məlumatına görə, mövsümün başlamasına qısa bir vaxt qalsa da, “Mançester Yunayted”də ciddi problemlər qalmaqdadır. Klub rəhbərliyi davamlı heyətdən və idarəetmədən şikayət edən portuqaliyalı mütəxəssis Joze Mourinyo ilə yolları ayırmağı fikirləşir. Digər tərəfdən “Qirmizi Şeytanlar” “Barselona” ya getmək istəyən Pol Poqbayla problem yaşayır. Ən əsası isə transfer müddətinin bitməsinə iki gün qala Mançester təmsilçisi hələ də, istədiyi oyunçuları ala bilməyib. Rəhbərliyin bütün bu problemləri qısa vaxt ərzində necə həll edəcəyi maraqla gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43