Kateqoriyasız

Macar futbolçu Bəhlul Mustafazadəyə niyə hədiyyə göndərəcək?

AVRO-2020-nin seçmə mərhələsində Macarıstanla səfər matçında Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadənin qolunun sayılmadığından xəbərdarsız. Matçdan sonra gənc futbolçu ilə rəqib komandanın üzvü Adam Salay arasında maraqlı dialoq olub.

Bu barədə Bəhlul “CBC Sport”a açıqlamasında bildirib. Onun sözlərinə görə, macar oyunçu qolun təmiz vurulduğunu, ancaq qrupdan çıxmaq üçün qələbəyə ehtiyaclarının olduğunu deyib. Salay Aavropa çempionatının final mərhələsinə yüksələcəkləri təqdirdə, Bəhlula hədiyyə göndərəcəyini deyib.

Sözügedən matç Macarıstanın 1:0 hesablı qələbəsiylə başa çatıb. 90+3-cü dəqiqədə görüşün niderlandlı baş hakimi Dennis Hiqler Bəhlul Musstafazadənin topa əllə toxunduğunu əsas gətirərək, təmiz qolu qeydə almayıb. Epizodun təkrarında onun səhvə yol verdiyi bəlli olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Real”dan böyükhesablı qələbə (VİDEO)

admin

Premyer Liqamızda ilk turun hakimləri açıqlandı

admin

Ramil Şeydayev “fərqləndi”, komandası kubokla vidalaşdı

admin