Kateqoriyasız

Macarların düşərgəsindən: “Qarabağ”la oyunda Kadinin komandamıza qarşı necə oynadığını görmüşdük”.

“Kadini təqdim etməyə ehtiyac yoxdur. Çünki bir müddət əvvəl onun bacarıqlarını biz şəxsən təcrübədən keçirmişik. Çempionlar Liqasında “Qarabağ”la oyunda onun komandamıza qarşı necə oynadığını görmüşdük”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Ferentsvaroş”un idman direktoru Tamaş Haynal yeni transferləri Kadi Borges haqda danışarkən deyib.

Klub rəsmisi daha sonra Kadinin futbolçi keyfiyyətlərindən danışıb:

“O, istər fiziki hazırlığı, istərsə də öz fərdi oyunu ilə seçilir. Kadi daimi qol təhlükəsi yaradan, səviyyəli və təcrübəli  oyunçudur. Biz onun mümkün qədər tez uyğunlaşmasını gözləyirik. Elə ilk vaxtlardan Kadi hücumda bizə çox kömək edəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43