İdman

Macarların “hə”sini aldılar: “Neftçi” Budapeşti onlarla fəth edəcək!

Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində “Neftçi” bu gün Macarıstanda “Uypeşt”in qonağı olacaq.

İlk görüşdə qələbə qazanan “ağ-qaralar” növbəti mərhələnin bir addımlığındadı. Azarkeşləri paytaxt klubunu çətin Budapeşt səfərində yalnız buraxmayacaq.

Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev İdmanxeber.com-a açıqlamasında 100-ə yaxın azarkeşin stadiondan “Neftçi”ni dəstəkləyəcəklərini bildirib:

“Milli dəstə” azarkeş qrupu bizə müraciət etdi. Onlar bildirdi ki, 100-ə yaxın azarkeşlə komandamıza dəstək olacaqlar. Azarkeşlərin təhlükəsizliyi ən yüksək səviyyədə təşkil olunub. Həm bizim səfirlik tərəfindən, həm rəqib komanda, həm də onların Daxili İşlər Nazirliyi tərəfindən komandanın və azarkeşlərimizin təhlükəsizliyi yüksək səviyyədə təşkil olunub. Hər şey yaxşıdı və oyun saatını gözləyirik”.

Qeyd edək ki, “Uypeşt” – “Neftçi” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43