Dünyadan

Madrid klubu “Beşiktaş”ın futbolçusunu transfer etmək istəyir – 15 milyon avroluq təkliflə

Madridin “Atletiko” klubu daha bir türk futbolçunu heyətinə qatmağı planlaşdırır.

İdmanxeber.com-un məlumatına görə, Madrid təmsilçisi bu dəfə gözünü “Beşiktaş”lı Gökhan Töreyə dikib. 

İspaniya nəhənginin rəsmiləri “qara qartal”ın aparıcı üzvünü iş başında görmək üçün “Beşiktaş”ın Avroliqanın 1/8 finalında “Liverpul”la matçını gözləyirlər. Bundan sonra “qırmızı-ağlar” Türkiyə təmsilçisinə 15 milyon avroluq təklif göndərməyi planlaşdırır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43