09 Avqust 2020
Dünyadan

Madrid klubunun başı dərddə

Almaniyada “Bayer”ə uduzan “Atletiko” Madriddəki cavab oyununa ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, İspaniya nəhənginin kapitanı Qabi Fernandez Leverkuzendəki matçda sarı kart alaraq cəzalı duruma düşüb. 

Qarşılaşmanın 60-cı dəqiqəsində rəqib futbolçu Lars Benderin dizinə zərbə endirən Qabi sarı vərəqə ilə cəzalandırılıb. Bu, onun cari mövsüm turnirdə aldığı üçüncü sarı vərəqə olub.

Qeyd edək ki, Tiaqo da qırmızı vərəqə aldığına görə, cavab matçını buraxmalı olacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Real Betis” yeni baş məşqi ilə anlaşıb

admin

UEFA-dan Çakıra yeni təyinat

admin