İdman

Madrid “Real”ı Mbappenin keçidini həll edib

“Monako”nun gənc hücumçusu Kilian Mbappenin yeni komandası bəlli olub.

“Real” fransalı hücumçunun transferini həll edib. Bu barədə məlumatı İspaniyanın “Marka” nəşri yayıb. Xəbərdə Madrid təmsilçisinin 18 yaşlı hücumçuya görə “knyazlıq klubu”na 180 milyon avro ödəyəcəyi qeyd edilib.

“Kral klubu” bu məbləğin 160 milyonunu birbaşa, qalan 20 milyonunu isə hissə-hissə “Monako”nun hesabına köçürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43