Kateqoriyasız

Mahir 75 dəqiqə meydanda oldu, “Dinamo” tək qola sevindi – VİDEO

Xorvatiya çempionatında XXXII turun oyunları keçirilib.

Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi “Dinamo” “Qoritsa”nın qonağı olub. Zaqreb təmsilçisi səfərdə minimal hesablı qələbə qazanıb – 1:0.

Mahir də bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu 75-ci dəqiqədə əvəzlənib.

32 matçda 69 xal toplayan “Dinamo” 69 xalla liderdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43