Kateqoriyasız

Mahir Daniyə imkan vermədi

Azərbaycan Premyer Liqasının 14-cü turunun “Keşlə”yə qarşı matçında (2:2) Dani Kintana və Mahir Emreli növbəti qollarını vurublar.

İdmanxeber.az klubun rəsmi sosial şəbəkə səhifəsinə istinad yazır ki, Dani bütün tunirlərdə “Qarabağ”ın heyətində 44-cü, Mahir Emreli isə 45-ci qolunu vurub.

Beləliklə, M.Emreli bu matçda ikinci qolu vurmaqla həm komandasındakı qolların sayını artırıb, həm də Daninin ona çatmasına imkan verməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43