Kateqoriyasız

“Mahir Emreli baş məşqçinin tələblərini yerinə yetirə bilmir”

Xorvatiyanın “Jutarnji List” nəşri Zaqreb “Dinamo”sunun bu mövsümkü oyunu barədə yazı hazırlayıb.

İdmanxeber.az xəbər verir ki, materialda azərbaycanlı hücumçu Mahir Emreli haqda da qeydlər yer alıb. Xorvatlar 24 yaşlı forvardın baş məşçiq Jelko Kopiçin tələblərini tam yerinə yetirə bilmədiyini yazıb:

“Yanvarda gəldi, uyğunlaşması üçün bir az zamana ehtiyac var. Ancaq indiyə qədər göstərdiləri “Dinamo” üçün kifayət deyil. Sadəcə “Sibenik”lə oyunda özünü az da olsa yaxşı tərəfdən göstərə bildi. O, komanda yoldaşlarının meydandakı hərəkətlərini qavraya bilmir və baş məşqçinin tələblərini yerinə yetirə bilmir”.

Mahir Emreli “Dinamo” ilə 4 oyuna çıxıb və fərqlənə bilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43