Kateqoriyasız

Mahir Emreli: “Dinamo” fanatları inanılmazdır”

“Qrup oyunlarında hansı səhvlər etdiyimiz təhlil etməliyik”.

İdmanxeber.az-ın məlumatına görə, bu fikirləri “Dinamo” (Zaqreb) klubunda çıxış edən Mahir Emreli  “Çelsi”yə 1:2 hesabı ilə uduzduqları qarşılaşmadan sonra deyib.

25 yaşlı hücumçu artıq bu oyunların təcrübə olduğunu və növbəti görüşlərə hazırlanmalı olduqlarını bildirib:

“Matça yaxşı başlamışdıq. Amma rəqibimiz böyük komandadır. Bunu başa düşürük. Bəzi məqamlarda konsentrasiyanı itirdik və qol buraxdıq. Onlar ikinci hissəyə yaxşı start vermişdilər. Bizim də qol şanlarımız oldu, amma yararlana bilmədik. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm”.

Forvard Zaqreb təmsilçisinin azarkeşləri haqqında da danışıb: “Daha əvvəl bir çox komandaya qarşı çıxış etmişəm, özüm də iki klubun formasını geyinmişəm. Amma “Dinamo” fanatları inanılmazdır. Onlar nəticədən asılı olmayaraq, sonadək yanımızdadırlar. Dəstəklərini hər zaman hiss edirik. “Çelsi” ilə görüşdən sonra azarkeşlərə təşəkkürümüzü bildirmək üçün stadionda qaldıq. Tərəfdarlar üçün də asan səfər deyil. Bir daha onlara təşəkkür edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43