Dünya futbolu

Mahir Emreli “Fənərbağça” görüşünü buraxacaq

Azərbaycan millisinin üzvü Mahir Emrelinin “Fənərbağça”ya qarşı oynayıb-oynamayacağı bəlli olub.

İdmanxeber.az “TRT Spor”a istinadən xəbər verir ki, Super Liqanın XXIII turundan təxirə salınan görüşdə “Konyaspor”un yeni transferləri forma geyinə bilməyəcək.

Fevralın 6-da keçirilməli olan matç Türkiyədə baş vermiş zəlzələ səbəbindən təxirə salınmışdı. “Konyaspor” Mahir Emreli da daxil beş oyunçunu bu tarixdən sonra heyətinə cəlb etdiyi üçün onların xidmətindən istifadə edə bilməyəcək

“Fənərbağça” – “Konyaspor” görüşü bu gün saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43