Kateqoriyasız

Mahir Emreli İspaniya klublarının hədəfində

“Qarabğ”ın hücumçusu Mahir Emreli karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasında son mövsümü 16 olla bombardir kimi tamamlayan futbolçu İspaniyanın bir neçə klubundan transfer təklifi alıb.

Bu barədə “Besoccer” nəşri məlumat yayıb.

Onun hətta 2013-cü ildə “Atletiko”da Dieqo Simeone ilə birlikdə çalışdığı da vurğulanıb. Gənc oyunçu İspaniyada La Liqaya qədər yüksəlmək üçün ikinci diviziondan başlamalıdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43