Kateqoriyasız

Mahir Emreli koronavirusa yoluxdu: Serbiya ilə oyunu buraxır

Azərbaycan millisinin “Legiya”da çıxış edən üzvü Mahir Emreli koronavirusa yoluxub.

İdmanxeber.az xeberi verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. 24 yaşlı hücumçu koronavirusa yoluxduğu üçün o, DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə bu günkü görüşü buraxacaq.

Qeyd edək ki, bu gün Belqradda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43