Dünya futbolu

Mahir Emreli “Milan”a qarşı oynaya biləcək?

UEFA Çemionlar Liqasının qrup mərhələsinin V turunda “Milan”la qarşılşacaq Xorvatiya “Dinamo”su Mahir Emrelinin xidmətindən yararlana bilməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, enterovirusa yoluxan Emreli ilə yanaşı daha 4 futbolçu italyanlarla matçda meydana çıxa bilməyəcək. Bu barədə “Jutarnji” nəşri yazıb.

Emreli Xorvatiya çempionatınının XIV turunda “Hayduk”la səfər oyununda da analoji səbəbindən forma geyinməyib.

Qeyd edək ki, oktyabrın 25-də keçiriləcək “Dinamo” – “Milan” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43