Kateqoriyasız

Mahir Emreli müəmması başa çatır: cəmi 4 gün sonra…

Bir müddətdir ki, adı bir neçə klubla hallanan, müqavilə ilə “Legiya”ya məxsus olan millimizin futbolçusu Mahir Emrelinin karyerasını hansı komandada davam etdirəcəyi sual olaraq qalmaqdadı.

İdmanxeber.az Polşa mətbuatına istinadən xəbər verir ki,  “Başakşehir” Mahirlə bağlı Varşava klubuna rəsmi təklif göndərib. Türkiyə təmsilçisi bu transferin reallaşması üçün 750 min avro ödəməyə hazır olduğunu bildirsə də, “Legiya” tərəfi qiyməti qaldırmağa çalışır. “Legiya” hücumçunu 2 milyondan az qiymətə satmaq niyyətində deyil.

Yanvarın sonunda bir çox liqada transfer pəncərəsi bağlanır. Buna görə də Mahirin böyük ehtimalla bu ayın sonu hansı kluba keçəcəyi bəlli olacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43