Kateqoriyasız

Mahir Emreli niyə “Dinamo”nu seçdi? – Müsahibə

İdmanxeber.az “Legiya“dan“Dinamo”ya (Zaqreb) keçən Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin müsahibəsini təqdim edir:

– Zaqreb “Dinamo”sunu niyə seçdiniz? Başqa təkliflər də var idi…

– Bu klub daxili çempionatda daim uğurlar qazanan və Avropadakı böyük klubların diqqət mərkəzində olan komandadır. Bu faktorlar seçimimdə rol oynadı. İmza atdıqdan sonra da bununla bağlı məlumat verdim. Təbriklərə görə hər kəsə təşəkkür edirəm.

– “Başakşəhər” klubu da transferin üçün çox çalışdı. Niyə İstanbul klubunu seçmədin?

– “Dinamo” çox istəkli idi.

– “Legiya” ilə problem necə həll edildi?

– Bu məsələnin həllində əsas rol sahibi də “Dinamo” oldu. Biz heç nəyə qarışmadıq.

– Xorvatiya mətbuatının yazdığına görə “Legiya” “Dinamo”dan ötən il Lirim Kastratini transfer edərkən onlara 1 milyon arvodan çox borcu qalıb. Məhz bunun qarşlığında sənin transferin baş tutub…

– Detallardan xəbərim yoxdur.

– “Başakşəhər” klubunun baş məşqçisi Emre Belözoğlu səni çox istədiyini dəfələrlə mətbuata bildirmişdi. Onunla heç şəxsi danışıq oldu?

– Emre Belözoğluna təşəkkür edirəm. Bu işlər bir az da qismət məsələsidir. Xeyirlisi…

– “Legiya” klubunda baş verənlərdən sonra hamı səni haqlı sayırdı…

– Artıq “Dinamo”nun futbolçusuyam. Keçmiş klubum haqqında danışmaq etik olmaz. İrəli baxmaq lazımdır.

– “Dinamo” da çılğın azarkeşlərə sahib böyük klubdur. Uğurlu ola biləcəksən?

– İnanın ki, uğurlu olmağı hamıdan çox mən istəyirəm. Bunun üçün əlimdən gələni edəcəm. Məni dəstəkləyən, mənim üçün narahat olan hər kəsə təşəkkür edirəm (qafqazinfo).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43