Dünya futbolu

Mahir Emreli oynadı, komandası heç-heçə etdi

Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” Türkiyə Superliqasında növbəti oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, komanda 33-cü turda öz meydanında “Kayserispor”la qarşılaşıb. 4 qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 2:2.

Start heyətdə meydana çıxan Mahir Emreli 56-cı dəqiqədə əvəzlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43