Dünya futbolu

Mahir Emreli Polşa klubunda bombardirlər siyahısında

“Dinamo”da (Zaqreb) çıxış edən Mahir Emreli “Legiya” (Polşa) klubunda son 10 ilin bombardirləri siyahısına düşüb.

İdmanxeber.az-ın məlumatına görə, millimizin hücumçusu 2021-ci ildə sabiq komandası ilə 33 oyunda iştirak edib və 11 qol vurub. Futbolçunun qol ortalaması 0,33-ə bərabər olub. 26 yaşlı hücumçu bu performansı ilə siyahıda 10-cu yerdə qərarlaşıb.

Cədvəldə lk pillədə yer alan Nemanya Nikoliçin 86 oyuna 55, ikinci Yaroslav Niezqodanın isə 60 görüşdə 29 qolu var.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43