Kateqoriyasız

Mahir Emreli “Top-50″də

“Qarabağ”ın futbolçusu Mahir Emreli Azərbaycan çempionatları tarixinin ən yaxşı 50 bombardiri siyahısına daxil olub.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu buna qol sayını 43-ə çatdırmaqla imza atıb.

Premyer Liqanın 2020/21 mövsümünün ilk turunun “Sabah”la görüşündə (2:0) dubl müəllifi olan forvard öncə 42-ci, ardınca 43-cü qolunu vurub. Emreli buna 120-ci oyununda nail olub. O, çempionatdakı qol sayında hərəyə 42 qol vuran Bəxtiyar Musayevlə Branimir Subaşiçi, həmçinin bunadək eyni sayda fərqləndiyi Baqali Dabo, Fazil Əsədov və Leandro Qomeşi arxada qoyub. Mahir 43 qol vuran Elmir Xankişiyevə çatıb. Bu cütlük bombardirlər cədvəlində 48-49-cu yerləri bölüşür.

Bütün qollarını “Qarabağ”da vuran Emreli Premyer Liqada 2014/15 mövsümündə “Bakı”nın heyətində debüt edib.

Qeyd edək ki, bombardirlər siyahısına 183 qol vuran Nazim Əliyev başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43