Kateqoriyasız

“Mahir Emreli vəziyyətdən öz maraqlarını həyata keçirmək üçün istifadə etmək istəyirdi”

“Qarabağ”ın keçmiş futbolçusu Yakub Jezniçak “Legiya”dan qalmaqallı şəkildə ayrılıb Zaqreb “Dinamo”suna keçən Mahir Emreli haqda danışıb.

İdmanxeber.az xəbər verir ki, 35 yaşlı müdafiəçi Mahirin yaranmış vəziyyətdən öz xeyri üçün istifadə etdiyini deyib:

“Vurğulamaq istərdim ki, belə hallar normal deyil və baş verməməlidir. Mahir Emreli bu vəziyyətdən öz maraqlarını həyata keçirmək üçün istifadə etmək istəyirdi. Bu durumda tamamilə fərqli davranan Lukinyasa baxaq. Bununla belə, “Legiya”nın problemlərini dərinləşdirmək, ayrı-ayrı oyunçuları tənqid etmək və ya müdafiə etmək istəmirəm. Onlar klubda sadəcə olaraq hər şeyin öhdəsindən gəlməli və hər şeyi yoluna qoymalıdırlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43