Kateqoriyasız

Mahir Emreli Zinəddin Zidandan sitat gətirdi: “O, oyunçu yaxşı futbolçu ola bilməz”

Milli komandamızın hücumçusu Mahir Emreli bu gün Varşavada təşkil olunan mətbuat konfransında Norveçin “Budyo Qlimt” komandası ilə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin sabah keçiriləcək cavab oyunu ilə bağlı fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı hücumçu sabah Varşavada ilk dəfə “Legiya”lı azarkeşlər önünə çıxmağı səbirsizliklə gözlədiyini söyləyib: “Məndə də “Bodo”nun oyunçularındakı kimi hisslər var. Bizim azarkeşlər bu komandanın futbolçularını məşq zamanı alqışlayanda heyrətlənmişdim”.

Mətbuat konfransında futbolçumuza “Legiya”nın əsas hücumçusu olan çexiyalı Tomaş Pekqart barədə də sual ünvanlanıb. “Avro-2020”nin iştirakçı olan hücumçu dünən klubunun hazırlığına qoşulub. Jurnalist maraqlanıb ki, sabah həm Emreli, həm də Pekqart əsas heyətdə olacaqmı? M.Emreli cavabında  deyib ki, Tomaşın yaxşı təcrübəsi var: “Kimin oynayacağına dair qərarı isə baş məşqçi verir. Əsas komandanın qələbəsidir”.  Futbolçumuz bu zaman Zinəddin Zidanın fikirlərini də səsləndirib: “O deyir ki, ehtiyatda oturmağı bacarmayan oyunçu yaxşı futbolçu ola bilməz”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Torres üçün əlvida matçı

admin

Futbol həsrəti ilə ölən Şəhriyar – VİDEOSÜJET

admin

“Çelsi” və “Arsenal” azarkeşləri üçün Bakıda 3 ərazi ayrıldı

admin