15 Avqust 2022
Kateqoriyasız

Mahir Emrelini transfer etmək istəyən klublar bilindi: “Qarabağ”a təklif göndərildi

Xəbər verdiyimiz kimi, İspaniyanın bir neçə klubu “Qarabağ”ın futbolçusu Mahir Emrelini transfer etmək istəyir.

İdmanxeber.az “AS” nəşrinə istinadən xəbər verir ki, həmin komandaların adına aydınlıq gəlib. Ağdam klubunun gənc hücumçusu İspaniya 2-ci liqa təmsilçiləri – “Malaqa” və “Estremadura” klublarının maraq dairəsinə düşüb. Hətta “Estremadura” 22 yaşlı hücumçu üçün Ağdam klubuna  rəsmi təklif də göndərib.

Qeyd edək ki, Emreli 2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasında 16 qolla bombardir olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Neftçi” bombardirinə yeni müqavilə təklif etmədi

admin

“Azərbaycana qalib gəlmək borcumuzdur” – Marko Rossi

admin