Azərbaycan milli komandasının və “Qarabağ” klubunun futbolçusu Mahir Emrelinin mənzilinin qarət olunduğunu xəbər vermişdik.
İdmanxeber.az-ın məlumatına görə, artıq faktla bağlı cinayət işi başladılıb. Futbolçunun Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, döngə 20 ünvanında yerləşən evindən 20 min dollar, 17 min manat, 5 min manatlıq qızıl-zinət əşyaları və 3 ədəd “İphone” markalı telefonun oğurlanması faktı ilə bağlı Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq – yaşayış yerinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (oğurluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir (APA).