23 Sentyabr 2024
Ölkə futbolu

Mahir “Fənərbağça”ya qarşı oynayacaq? – baş məşqçinin qərarı

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” həftəsonu “Fənərbağça” ilə üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, Super Liqada ard-arda üç oyundur məğlub olan komanda İstanbul səfərindən xalla qayıtmağa planlayır. Qış transfer dönəmində heyətə bir neçə futbolçu qatan Konya klubunun çıxışı maraqla gözlənilir.

Türkiyənin “Haberdairesi” nəşrində yer alan xəbərə görə, zədələri davam edən Domaqoy Paviçiçlə Uçe İkpeazunun “Fənərbağça”yla oyunda meydana çıxma ehtimalı azdır. Hər iki oyunçu “Afyonspor”a qarşı keçirilən yoxlama görüşünü də buraxmışdılar.

Bu səbəbdən də baş məşqçi Aleksandar Stanoyeviçin çətin Kadıköy səfərində yeni transfer Mahir Emreli və  yunanıstanlı futbolçu Andreas Buxalakisə şans verəcəyi bildirilir.

“Fənərbağça” – “Konyaspor” qarşılaşması fevralın 25-də saat 21:00-da başlayacaq.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43