Kateqoriyasız

“Mahir kimi oyunçuya çox ehtiyacımız var” – “Legiya”nın baş məşqçisi

“Mahirin durumu yaxşıdır, onunla danışdım. Ümid edirəm ki, qış təlim-məşq toplanışının ilk günlərində bizimlə olacaq. Onun kimi oyunçuya çox ehtiyacımız var”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Legiya”nın baş məşqçisi Aleksandr Vukoviç Polşa çempionatının 19-cu turunda “Radomyak”la oyundan (0:3) son keçirilən mətbuat konfransında bildirib.

O, daha sonra yaranmış gərginliyə baxmayaraq, millimizin hücumçusunun komandada qalacağına ümid edir:

“Mənə müqaviləni ləğv etmək istədiyini söyləyib? Xeyr, o, belə şey deməyib”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43