Ölkə futbolu

Mahir Mədətov: “Əsas odur ki, Qurban müəllimə yaxşı olsun”

Topaz Premyer Liqasının XIV turuna yekun vurulub

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” səfərdə “Zirə”ni 6:0 hesabı ilə məğlub edib. Oyunun ardından açıqlama edən Mahir Mədətov belə bir hesabın olacağını gözləmədiklərini bildirib:

“Heç kim belə bir hesab gözləməzdi. Rəqib üstümüzə gəlməyə başlayınca arxada boşluqlar verdi. Bizdə bundan istifadə etdik. Komanda şəklində yaxşı oynadığımızı düşünürəm. Bombardirlik yarışında Daboya çatsam da, hazırda bu barədə düşünmürəm. Əsas komandamın qələbə qazanmasıdır.

Futbolçu Qurban Qurbanov milli komandadan ayrılmasını isə bu cür şərh edib:

“Qərar belə olub, hörmətlə yanaşırıq. Əsas odur ki, Qurban müəllimə yaxşı olsun”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43