25 Oktyabr 2021
Kateqoriyasız

Mahir “Napoli”yə qarşı oynaya biləcək?

Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Legiya”nın növbəti oyunlarında iştirak edə biləcək.

İdmanxeber.az-ın məlumatına görə, üçüncü dəfə koronavirus testi neqativ çıxan 24 yaşlı futbolçu qarşıdakı oyunlarda Varşova təmsilçisinə yardım edə biləcək.

UEFA-nın qaydalarına əsasən ötən gün 3 test verən və ilk testi pozitiv, digər ikisi neqativ olan Mahirin Polşa çempionarında “Lex” və Avroliqada “Napoli” ilə matçlarda meydana çıxmasına heç bir maneə qalmır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Millimizin üzvləri karantin günlərini necə keçirirlər? – Açıqlamalar

admin

“Qarabağ”la oyunda 3 xal qazanmaq istəyirik” – Çalımbay

admin

“Neftçi” və “Zirə”dən qələbə

admin