Kateqoriyasız

Mahir “Napoli”yə qarşı oynayacaq?

Polşanın “Legiya” klubu Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda bu gün “Napoli” ilə qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, Polşa mətbuatı Varşava təmsilçisinin matç üçün təxmini heyətini açıqlayıb. Heyətdə azərbaycanlı hücumçu Mahir Emreli də yer alıb:

“Legiya”nın “Napoli” ilə matç üçün təxmini heyəti: Çezari Mişta, Lindsey Rouz, Mateuş Veteska, Artur Yendjeyçik, Mattias Yohansson, Filip Mladenoviç, Andre Martins, Bartoş Sliş, Jozue, Luqinyas, Mahir Emreli.

Bu gün keçiriləcək “Legiya” – “Napoli” matçı saat 21:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43