Ölkə futbolu

Mahir öncə səhv etdi, sonra üzr istədi – FOTO

Qarabağ”ın hücumçusu Mahir Mədətov Topaz Premyer Liqanın 15-ci turunun “Neftçi” ilə oyunundakı hərəkətinə görə peşman olub.

Matçdan sonra “ağ-qaralar”ın seneqallı müdafiəçisi Mamadu Mbodja “İnstaqram”da mesaj yazan futbolçu rəqibin əlini sxımadığı üçün ondan üzr istəyib:

“Dostum, həmin an emosiyalarıma görə mənə əl uzatdığını görmədiyim üçün səndən üzr istəyirəm. Ümid edirəm ki, hər şey qaydasındadır. Mən irqçi deyiləm. Bu, sadəcə, bir oyundur. Sənə uğurlar arzulayıram”.

Mbodj isə Mahirin üzrxahlıq mesajına bu cür cavab verib: “Salam, dostum. Bu, oyundur, belə şeylərin olması normaldır. İrqçi olmadığını bilirəm. Sən yaxşı oyunçusan. Gələcək oyunlarda sənə və komandana uğurlar arzulayıram”.

Qeyd edək ki, oyunun gedişində epizodlardan birində Mbodj Mahirə qarşı kobudluq etdikdən sonra üzr istəmək üçün əl uzatsa da, o, bunu görməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43