Dünya futbolu

Mahir oynadı, “Dinamo” heç-heçə etdi

“Dinamo” (Zaqreb) Xorvatiya çempionatında növbəti görüşünü keçirib.

İdmanxeber.az-ın məlumatına görə, millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi komanda Xorvatiya liqasının XIV turunda səfərdə “Slaven” klubu ilə üz-üzə gəlib.

Görüşdə komandalar hərəyə bir xala qazanıb – 1:1. Azərbaycanlı futbolçu Mahir Emreli də oyunun iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana daxil olub.

Zaqreb təmsilçisi 46 xalla hazırda turnir cədvəlinə başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43