Kateqoriyasız

Mahir oynadı, “Legiya” uduzdu – Video

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Legiya” Polşa Ekstraklasasında növbəti matçına çıxıb.

Idmanxeber.az xəbər verir ki, Varşava təmsilçisi 15-ci turda “Qurnik”lə qarşılaşıb və 2:3 hesabı ilə uduzub.

Emreli meydana 46-cı dəqiqədə Tomas Pekhartın əvəzinə daxil olub və sonadək mübarizə aparıb.

2 oyun az keçirən “Legiya” turnir cədvəlində 9 xalla 17-ci, “Qurnik” isə 18 xalla 11-cidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43