Kateqoriyasız

Mahir yeni şəxsiyyət vəsiqəsi aldı – Soyadını dəyişdi

“Qarabağ”ın və millimizin futbolçusu Mahir Mədətov yeni şəxsiyyət vəsiqəsi alıb.

Idmanxeber.az axşam.az-a istinadən xəbər verir ki, futbolçu Mədətov soyadı ilə yanaşı, atası Anarın da adından imtina edib. Onun soyadı Emreli, ata adı isə Mahir olaraq qeyd olunub.

Mahirin bu addımına səbəb son günlər ailəsində yaşanan problemlərlə bağlıdır. Futbolçunun atası, prodüser Anar Mədətov anasından boşanmamış, başqa xanımla ailə həyatı qurmağa hazırlaşır.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43