Müsahibə

Mahir Şükürov: “Başqa yolumuz yoxdu” (MÜSAHİBƏ)

Milli komandamızın yarımmüdafiəçisi Mahir Şükürov İdmanxeber.com-a
müsahibə verib

–         Hazırlıq necə gedir?

–        
Srağagündən komandaya qoşulmuşam.
Dünəndən məşqə çıxmışıq. Ab-hava yaxşıdı, qarşıda bizi çətin oyun gözləyir. Ona
görə də var gücümüzlə hazırlaşırıq. Məşqçimiz də yenidi. Ondan nəsə öyrənməyə
çalışırıq. İnşallah mənə elə gəlir ki, birinci oyun uğurlu olar. Maltanı evdə məğlub
edəndən sonra o biri oyunları fikirləşirik.

–         Şəxsi fikrin nədi, biz Maltaya qalib
gələ bilərik?

–         Maltaya qalib gəlməliyik. Amma
bugünki gündə məsələyə real yanaşsaq futbolda sürprizlər çox olur. Eyforiyaya qapılsaq
xal itirə bilərik. Bu oyuna ciddi yanaşmaq lazımdı. Öz oyunumuzu oynasaq üç
xalı qazana bilərik.

–         Yəqin bilirsən ki, azarkeşlərimiz qələbədən
başqa heç bir nəticəni qəbul etməyəcək…

–         Biz də bunu bilirik. Ona görə də qalib
gəlib azarkeşlərimizi stadiona qaytaraq. Neçə oyundu ki, uduzmuşuq. Azarkeşlər
bizdən inciyib.

–         Malta haqda hansı fikirdəsən?

–         Bu gün Gürcüstan millisi ilə
oynayırlar. Sabah baş məşqçimiz bizə rəqib haqda məlumat verəcək. Yoxlama
görüşündə evdə onları udmuşuq. Buna baxmayaraq artıq üstündən neçə il keçib.
Maltada da dəyişilib. Bir neçə oyunçunu milliləşdiriblər. Ona görə də sabah hər
şey bilinəcək.

–         Berti Foqtsla Prosineçkinin oyun fəlsəfəsi
arasında hansı fərqlər var?

–          Foqts adətən müdafiən başlamağa üstünlük
verir. Prosineçki ilə tsikl  oyunu
oynamamışıq. Məşqlərdə görürük ki, hücumameyilli futbol oynatmaq istəyir.

–         Xəbərlər yayılıb ki, Prosineçki futbolçualra
Gürcüstan- Malta oyununa baxmağa qadağa qoyub. Bu doğrudu?

–         Bizə dedi ki, özüm baxıb analiz edəcəm
və sizə Malta millisininü üzvləri haqda məlumat verəcəm. Oyuna baxmayacağıq,
sadəcə bizimlə təhlil edəcəyik.

–         Oyuna tam hazırsan? Durumun necədi?

–         Bir az dizimdə ağrı var idi.
Axırıncı oyunu oynamışam. Baş məşqçi buraxsa, çıxıb oynayacam.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“İkinci yerlə barışmaq istəmirik” – Gerye

admin

“Komanda istirahət edəndə mən orda olacam” – Rəşad Sadıqov

admin

“Zirə”nin “vuran ayağı”: “Bizim məqsədimiz heç vaxt çempionluq olmayıb” (MÜSAHİBƏ)

admin