Ölkə futbolu

Mahir Şükürov: “Futbolda belə şeylər olur”

“Sumqayıt”la görüşdə belə nəticə gözləmirdim. Qalib gəlsəydik, ilk pilləyə yüksələcəkdik. Bu qarşılaşmaya yaxşı hazırlaşmışdıq, sadəcə bəxtimiz gətirmədi”.

Bu sözləri “Neftçi”nin futbolçusu Mahir Şükürov klubun rəsmi saytına açıqlamasında deyib.

“Futbolda belə şeylər olur. Bu oyunla yanaşı, digər qarşılaşmalar da onu göstərir ki, Premyer Liqada hər matça sonuncu oyun kimi çıxmaq lazımdır. Çalışacağıq ki, növbəti görüşlərdə qalib gəlib, turnir cədvəlində ilk pilləyə yüksələk” – deyə M.Şükürov bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43