İdman

Mahir Şükürov “Neftçi”yə qayıdışından danışdı

Millimizin sabiq üzvü Mahir Şükürov “Neftçi”yə dönüşünü haqqında fikir bildirib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə 34 yaşlı müdafiəçi şəxsi “facebook” səhifəsində yazıb.

Klubun hazırkı kapitanı Araz Abdullayevlə avtobusda çəkilmiş fotosunu paylaşan Şükürov bunları yazıb:

“Hər şey yaxşıdır. Mən demişdim ki, “Neftçi”dən başqa heç yerdə oynamayacağam. Budur, evimdəyəm”.

Qeyd edək ki, Mahir Şükürov hələlik formasını bərpa etmək üçün “Neftçi”nin məşqlərinə qoşulub. Hazırlıq durumu məşqçilər heyətini qane etsə, onunla müqavilə bağlanılacağı istisna deyil.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43