“Neftçi”dən ayrılan Mahir Şükürovun hansı klubda çıxış edəcəyi maraqla gözlənilir.
İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, milli komandamızın da şərəfini qoruyan Şükürov üçün “Neftçi” dəftəri qapanıb. Paytaxt klubu Mahirlə yeni müqavilə bağlamaq niyyətində deyil və hətta bunu birmənalı şəkildə futbolçunun özünə də deyib.
Türkiyə klublarının maraq dairəsində olan Şükürov karyerasını böyük ehtimalla qardaş ölkədə davam etdirəcək.