Kateqoriyasız

Mahir yenə “Legiya”nın xilaskarı ola bilərdi, ancaq…

Millimizin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu “Legiya” Polşa çempionatının 6-cı turu çərçivəsində səfərdə “Visla” klubunun qonağı olub.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0.

Mahir bu görüşə ehtiyatda başlayıb. O, matçın ikinci yarısında meydana çıxıb və 66-ci dəqiqədə hesabı bərabərləşdirib. Lakin VAR-a müraciət edən hakimlər qolun qaydalar çərçivəsində vurulmadığını bildirib.

Qeyd edək ki, 2 oyun az keçirən “Legiya” 6 turdan sonra 4 xalla 14-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43