Kateqoriyasız

“Mahirin transferi ilə vitse-prezidentimiz məşğul olur”

“Başakşehir”in baş məşqçisi baş məşqçisi Emre Belözoğlu Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqda danışıb.

42 yaşlı mütəxəssis “Anadolu Agentliyi”nə müsahibəsində Mahirlə maraqlandıqlarını etiraf edib:

“Mahir Emreli maraqlandığımız futbolçudu. Bildiyimə görə, Polşada xoşagəlməz bir hadisə ilə qarşılaşıb. İndi vəziyyətdən çıxmağa çalışır. Onun transfer məsələsi ilə vitse-prezidentimiz Mustafa Eröğüt məşğul olur. Mənim məsələ ilə bağlı bilgim bu qədərdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43