Kateqoriyasız

Mahir oynadı, “Legiya” mərhələ adladı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Legiya” klubunda növbəti matçına çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, komandası UEFA Çempionlar Liqasının 2-ci mərhələsi çərçivəsində Estoniya “Flora”asının qonağı olub.

Futbolçumuzun komandası bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb. İlk oyunda da 2:1 üstün olan Polşa çempionu ÇL-də 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.

Mahir bu qarşılaşmaya start heyətdə başlayıb. O, 71-ci dəqiqədə əvəzlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43