29 Sentyabr 2021
Kateqoriyasız

Mahirli “Legiya” “Spartak”a qarşı

Millimizin üzvü Mahir Emrelinin də oynadığı “Legiya” (Polşa) Avropa Liqasının qrup mərhələsində ilk matçına çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, Varşava təmsilçisi səfərdə Moskva “Spartak”ı ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə 18:30-da başlayacaq.

Qeyd edək ki, “Legiya”nın yer aldığı C qrupunda “Spartak”la yanaşı, “Lester” (İngiltərə) və “Napoli”  (İtaliya) də mübarizə aparır.

18:30. “Spartak” (Moskva, Rusiya) – “Legiya” (Varşava, Polşa)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ” Bakıda yoxlama oyunu keçirəcək

admin

“Onlar xoşbəxt deyillər” – Frits Ştuxlik 

admin

“İdman sahəsində buraxılan nöqsanlar ciddi araşdırılmalıdır” – İlham Əliyev

admin