Ölkə futbolu

“Mahmudov deyir ki, Azərbaycan millisində oynamaq istəyirəm”

“Bizim seleksiyaçı əməkdaşımız Emin Mahmudovla mütəmadi əlaqə saxlayır. Sonuncu dəfə 3 həftə öncə onunla təmasda olub”. Bu sözləri Premyer Liqanın XXI turu çərçivəsində dünən keçirilən “Sumqayıt” – “Rəvan” görüşünün fasiləsində jurnalistlərlə söhbətində AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Federasiya rəsmisi bildirib ki, hazırda Rusiyanın “Krılya Sovetov” klubunun formasını geyinən soydaşımız yekun qərar verməlidir: “Mahmudov deyir ki, Azərbaycan millisində oynamaq istəyirəm. Ancaq bu elə bir iş deyil ki, futbolçu istəsin, biz də onu dərhal dəvət edək.  O, birdəfəlik yekun bir qərar verməlidir: Azərbaycan yığmasında oynamaq istəyir, yoxsa Rusiya. Bundan sonra biz onu təlim-məşq toplanışına dəvət edərik. Biz də istəyirik ki, Mahmudov Azərbaycan millisində oynasın”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43